İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Virgil van Deyk UEFA Çempionlar Liqasında cari mövsümün son həftəsinin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən final oyununda qalib gələn “Liverpul”un futbolçusu Virgil van Deyk azarkeşlərin səsverməsi nəticəsində bu nailiyyəti əldə edib. Hollandiyalı müdafiəçi komanda yoldaşları Məhəmməd Salah, Alison Beker və Divok Origini qabaqlayıb.
Qeyd edək ki, “Liverpul” finalda İngiltərənin digər təmsilçisi “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.