Klublararası dünya çempionatı ardıcıl iki il Qətərdə keçiriləcək

A- A A+

Qətər 2019-cu və 2020-ci illərdə futbol üzrə klublararası dünya çempionatına ev sahibliyi edəcək.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu qərar FIFA-nın İdarə Heyətinin Parisdə keçiriləcək iclasında rəsmi olaraq açıqlanacaq.

Klublararası dünya çempionatı əvvəllər yeddi komandanın iştirakı ilə hər ilin dekabrında keçirilib. Çempionatın iştirakçılarının sayı 2021-ci ildən 7-dən 24-dək artırılacaq. Onlardan 8-i UEFA-nı, 6-ı Cənubi Amerika Futbol Konfederasiyasını, 3-ü Şimali Amerika, Mərkəzi Amerika və Karib dənizi hövzəsi Futbol Assosiasiyanı, 6-sı Afrika Futbol Konfederasiyasına və Asiya Futbol Konfederasiyasına, 1 klub isə Okeaniya Futbol Konfederasiyasını təmsil edəcək.

Xatırladaq ki, 2017-ci və 2018-ci illərdə dünya çempionatına Birləşmiş Ərəb Əmirlikləri ev sahibliyi edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: