Qadın futbolçular arasında altıncı dünya çempionatının görüşləri Fransanın doqquz şəhərində oynanılacaq
Fransa 21 ildən sonra yenidən futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.
NUHÇIXAN xəbər verir ki, iyunun 7-də Fransada qadın futbolçular arasında altıncı dünya çempionatı start götürəcək. Çempionatın açılış matçında Fransa yığması Cənubi Koreya millisi ilə qarşılaşacaq.
İyulun 7-dək davam edəcək çempionatda 24 komanda altı qrupda mübarizə aparacaq. Görüşlər Fransanın 9 şəhərində - Paris, Lö Havr, Valensien, Reyms, Renn, Lion, Monpelye, Nitsa, Qrenoblda keçiriləcək. Final matçı Lion şəhərində oynanılacaq.