“Real Madrid” klubu serbiyalı hücumçu Luka Yoviçi transfer edib

A- A A+

“Real Madrid” Almaniyanın “Ayntraxt” klubunda forma geyinən serbiyalı hücumçu Luka Yoviçi transfer edib.

NUHÇIXAN Madrid təmsilçisinin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, kral klubu futbolçunun transferi üçün 60 milyon avro ödəyib. L.Yoviç ilə altıillik müqavilə imzalanıb.

L.Yoviç 2018-2019-cu il mövsümünün əvvəlində Portuqaliyanın “Benfika” klubundan icarə əsasında “Ayntraxt”a keçib. O, “Ayntraxt”ın heyətində keçirdiyi birinci mövsümdə 48 oyunda 27 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: