Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə mayın 31-dən – iyunun 2-dək Gürcüstan Respublikasının Kutaisi şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. 38 kq çəki dərəcəsində turnirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı Yəhya Paşayev üçüncü yer uğurunda yarışda Ermənistandan olan idmançı ilə üz-üzə gəlib. Daha yaxşı güləş sərgiləyən idmançımız rəqibə qalib gələrək III yerin sahibi olub.