AVRO-2020: Azərbaycan-Macarıstan oyununun hakimləri bəlli olub

A- A A+

Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək AVRO-2020-nin seçmə oyunu üçün hakim təyinatı açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, iyunun 8-də keçiriləcək matçın idarə olunması hollandiyalı hakimlər briqadasına tapşırılıb. Kevin Blum baş hakim, Bas van Dongen və Johan Balder yan xətt hakimləri, Sərdar Gözübüyük isə dördüncü hakim təyin olunub.

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: