UEFA Millətlər Liqası: Portuqaliya yığması finala yüksəlib

A- A A+

Portuqaliyada UEFA Millətlər Liqasının final mərhələsinin ilk yarımfinal qarşılaşması keçirilib.

NUHÇIXAN xəbər verir ki, Portunun “Draqao” stadionunda keçirilən oyunda Portuqaliya və İsveçrə yığmaları qarşılaşıblar.

Oyun Portuqaliya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində hər üç qolu Kriştiano Ronaldo rəqibin qapısından keçirib. İsveçrə millisinin heyətində isə yeganə qolu Rikardo Rodrigez vurub.

Qeyd edək ki, iyunun 6-da digər yarımfinal qarşılaşmasında İngiltərə ilə Hollandiya milliləri üz-üzə gələcəklər.

Turnirin və III yerin qalibi iyunun 9-da müəyyənləşəcək.

Xatırladaq ki, Azərbaycan yığması Millətlər Liqasının D liqasında qrup ikincisi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: