“Azerbaijan International 2019”: iki idmançımız təsnifat mərhələsində uğurlu çıxış edib

A- A A+

“Azerbaijan International 2019” turnirində iki idmançımız uğurlu çıxış edib.

NUHÇIXAN xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə fərdi kişilər və qadınlar, qoşa kişilər və qarışıq-qoşa kateqoriyalarında təsnifat mərhələsinə start verilib. Badmintonçularımızdan Orxan Qələndərov təsnifat mərhələsində keçirdiyi ilk görüşdə Malta təmsilçisi Metyu Abelaya 2:0 (21-14, 21-13) hesabı ilə qalib gəlib. Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə ilk görüşündə İran təmsilçisi Əlirza Kərəmi üzərində 2:0 (21-13, 21-17) qələbə qazanıb.

Kişilərin fərdi kateqoriyasında təsnifat mərhələsində yarışan badmintonçularımızdan Cahid Əlhəsənov avstraliyalı Entoni Coyeyə 0:2 (9-21, 15-21) hesabı ilə uduzub. Səbuhi Hüseynov isə hindistanlı Kevin Arokia Valterə 0:2 (5-21, 11-21) hesabı ilə məğlub olub.

“Azerbaijan International 2019” turniri iyunun 9-na kimi davam edəcək. Ümumi mükfat fondu 25 min ABŞ dolları olan turnirdə 39 ölkədən 248 badmintonçu mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: