Millətlər Liqası: Hollandiya İngiltərəni məğlub edərək finala yüksəlib

A- A A+

Hollandiyada UEFA Millətlər Liqasının final mərhələsinin ikinci yarımfinal qarşılaşması keçirilib.

NUHÇIXAN xəbər verir ki, “Afonso Henriquea” stadionunda keçirilən oyunda Hollandiya millisi və İngiltərə yığmaları qarşılaşıblar.

Oyun Hollandiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Matthijs de Ligt və Quincy Promes fərqləniblər.

Qonaqların heyətində yeganə qolu isə Markus Recford 11 metrlik cərimə zərbəsindən sonra vurub.

Qeyd edək ki, turnirin və üçüncü yerin qalibi iyunun 9-da müəyyənləşəcək.

Xatırladaq ki, Azərbaycan yığması Millətlər Liqasının D liqasının üçüncü qrupunda mübarizə aparıb və millimiz qrupda ikinci olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: