NUHÇIXAN xəbər verir ki, UEFA Millətlər Liqasında həlledici oyunların təyinatları müəyyənləşib.
Qitə futbol qurumu 3-cü yer uğrunda görüşün və final qarşılaşmasının hakimlərini açıqlayıb.
İyunun 9-da əvvəlcə İngiltərə ilə İsveçrə arasında keçiriləcək bürünc medal uğrundakı oyunu rumıniyalı Ovidiu Alin Hateqan idarə edəcək.
Portuqaliya - Hollandiya finalı isə ispaniyalı referi Alberto Undiano Malyenkoya tapşırılıb.