“Azerbaijan International 2019” turnirində iki final mərhələsinə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, qadınların şəxsi kateqoriyasında Belçika idmançısı Lian Tan və Tailand badmintonçusu Pittayaporn Çaivan qızıl medal uğrunda üz-üzə gəlib. Gərgin keçən görüşdə tailandlı idmançı 2:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qarışıq qoşa yarışlarda isə Almaniya-Fransa dueli yaşanıb. Həlledici görüşdə alman idmançılar Mark Lamsfuss və İzabel Herrtriç fransalı Tom Jikel və Delfin Delru ilə qarşılaşıblar. Üç set keçən görüş 2:1 hesabı ilə fransalıların xeyrinə başa çatıb.