Kikboksinq üzrə Naxçıvan Muxtar Respublika açıq turnirinin qalibləri müəyyənləşib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan "Heydər Əliyev Kuboku" uğrunda yeniyetmələr və kadetlər arasında keçirilən kikboksinq üzrə Naxçıvan Muxtar Respublika açıq turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnirdə İran İslam Respublikasının və Rusiya Federasiyasının komandalar ilə yanaşı, Bakı şəhəri, "Neftçi,, "Teyd", "Qarabağ", "Zirvə", "Alliqator", "Ağsu", "Ağcabədi" və Naxçıvan Muxtar Respublikasının komandaları da mübarizə aparıblar. Turnirdə 100-ə yaxın idmançı qüvvəsini sınayıb.

Sonda bütün çəkilərdə uğurlu nəticə göstərən "Neftçi" komandası "Heydər Əliyev Kuboku" ilə təltif olunub. Həmçinin  muxtar respublikada kikboksinqin inkişafına göstərdikləri dəstəyə görə Elnur Alıyev, Könül İsmayılova və Təbriz İmanov xüsusi mükafatla təltif olunublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: