Azərbaycanın U-16 millisi Şimali Makedoniya yığması ilə qarşılaşacaq

A- A A+

İyunun 10-da 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışı başlayıb.

NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız iyunun 11-də və 13-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Millimizin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. Heyətdə Ayxan Qələndərli, Cavid Adnayev, Firəddin Abdullayev, Elxan Zeynalabdinzadə (hamısı “Sabah”), Fariz Xeyrullayev, Ayxan Suleymanlı, Ağadadaş Salyanski (hər üçü “Neftçi”), Emil Süleymanov, Fərid Qələndərov, İxtiyar Məmiyev, Sərxan Mirzəzadə, Namiq Şamilov (hamısı “Qəbələ”), Nəriman Axundzadə, Ərtoğrul Quliyev, Amin Qarayev (hər üçü “Qarabağ”), Nicat Quliyev, Xəyal Əliyev (hər ikisi “Səbail”), Mahmud Ağayev (“Zirə”), Ruhid Mustafayev və Rəhman Məmmədov (hər ikisi “Sumqayıt”) yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: