“Barselona” Osman Dembele ilə yollarını ayıra bilər

A- A A+

“Barselona” futbolçusu Osman Dembele ilə yollarını ayıra bilər.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb gənc futbolçunun intizamsızlığıdır.

Bir neçə dəfə məşq prosesinə gecikən fransız oyunçunun bu hərəkəti rəhbərliyi təngə gətirib. Futbolçuya xəbərdarlıq edən rəhbərlik növbəti belə hərəkətdə onu komandadan uzaqlaşdıracağını bildirib.

Hazırda zədədən əziyyət çəkən Dembele geridə qalan mövsümdə “Barselona”nın heyətində 42 oyunda 14 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: