Cüdoçularımız Macarıstan Qran-Prisində mübarizə aparacaqlar

A- A A+

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə Qran-Pri yarışlarında Azərbaycanı 11 idmançı təmsil edəcək.

NUHÇIXAN xəbər verir ki, turnirdə Tofiq Məmmədov, Əhməd Yusifov (hər ikisi 60 kq), İsmayıl İbrahimov, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüfət Məmmədov, Telman Vəliyev (hər ikisi 73 kq), Araş Ağayi (81 kq), Aliumar Tumayev, Tural Safquliyev (hər ikisi 90 kq), Leso Kvirikaşvili (100 kq) və Ayxan Cəfərov (100 kq-dan yuxarı) mübarizə aparacaqlar.

İyulun 12-14-də keçiriləcək turnirdə 70 ölkədən 500-dən çox cüdoçu iştirak edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: