Şahmatçılarımız Avropa çempionatında 4 medal qazanıblar

A- A A+

Rumıniyanın Mamaya şəhərində keçirilən məktəblilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

NUHÇIXAN xəbər verir ki, qitə çempionatında 12 şahmatçı ilə təmsil olunan Azərbaycan komandası 1 qızıl və üç bürünc medal qazanıb. Belə ki, Şəki şahmat məktəbinin 8 yaşlı yetirməsi Yusif Kərimli U-9 yaş kateqoriyasında Avropa çempionu adının qazanıb. Eyni yaş qrupunda mübarizə aparan Rafael Bayramlı üçüncü yeri tutub. Qızların U-9 yaş qrupunda Xanım İsmayılova bürünc medala sahib çıxıb. Naxçıvan Şahmat Məktəbinin yetirməsi Sadiq Məmmədov isə U-17 (Open) yarışında üçüncü yerə layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: