Cüdoçular arasında keçirilən Bakı birinciliyində ilk günün qalibləri məlum olub - FOTOLAR
"Sərhədçi" Olimpiya İdman Kompleksində 23 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər açıq birinciliyində ilk günün qalibləri məlum olub.
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, oğlanların mübarizəsində Rəşad Baxşəliyev (60 kq) və Rəşid Məmmədəliyev (66 kq) qızıl medal qazanıb.
Qızlar arasında isə Şəfəq Həmidova (48 kq), Elvira Əsgərova (52 kq), Zəhra Mehdiyeva (57 kq), Cəmalə Muqumova (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.