Cüdoçularımız Xorvatiya Qran-Prisində geniş heyətlə çıxış edəcəklər

A- A A+

Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək cüdo üzrə Qran-Pridə Azərbaycanı kişilərin yarışında 14 idmançı təmsil edəcək.

NUHÇIXAN xəbər verir ki, iyulun 26-28-də keçiriləcək turnirdə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev, Araş Ağayi (hər ikisi 81 kq), Aliumar Tumayev, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri, Rüstəm Kotsoyev (hər ikisi 100 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə 49 ölkədən 250-yə yaxın cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: