Şəhriyar Məmmədyarov “Altibox Norway Chess 2019”da növbəti görüşünü Dinq Lirenə qarşı keçirəcək

139

Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2019” superturniri davam edir.

NUHÇIXAN xəbər verir ki, turnirin altıncı turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Fransa təmsilçisi Maksim Vaşe-Laqrav ilə üz-üzə gəlib. Oyun heç-heçə başa çatdığından reqlamentə görə, şahmatçılar “Armagedon” onayıblar və Ş.Məmmədyarov rəqibinə məğlub olub.

Şahmatçımız bir gün istirahətdən sonra növbəti turda çinli Dinq Lirenə qarşı onayacaq.

Hazırda Ş.Məmmədyarovun aktivində 5 xal var. Turnirə 9,5 xalla norveçli dünya çempionu Maqnus Karlsen liderlik edir. Çin təmsilçisi Yu Yanqyi 8, Levon Aronyan (Ermənistan) 7,5, ABŞ şahmatçısı Uesli So 6,5, Din Liren (Çin), hinsitanlı Vişvanatan Anand 5,5, Fabiano Karuana (ABŞ) 5, Maksim Vaşe-Laqrav 4,5, rusiyalı Aleksandr Qrişuk isə 3 xal toplayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: