Azərbaycan-Slovakiya oyunu başlayıb

A- A A+

Futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

NUHÇIXAN xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasını qəbul edir.

“Bakcell Arena”da keçirilən matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edir. Bu, yığmanın “E” qrupunda üçüncü matçıdır. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub - 1:3.

Slovakiyanın heyətində Miroslav Stox səhhəti ilə əlaqədar Bakıya gətirilməyib. Komandanın baş məşqçisi Pavel Hapal daha öncə Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benesi də 29 nəfərlik heyətdən çıxarıb.

Azərbaycan yığmasında isə Eddi İsrafilov zədəlidir.

Azərbaycan millisi tarix ərzində Slovakiya komandası ilə 6 dəfə üz-üzə gəlib. Bunların 5-də slovaklar qələbə qazanıb. Yığma 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında rəqibini Bakıda 2:0 hesabı ilə üstələyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: