Azərbaycanlı atletlər Finlandiyada beynəlxalq turnirdə iştirak ediblər

A- A A+

Finlandiyanın Turku şəhərində atletikanın bütün növləri üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı Nazim Babayev (üçtəkanla tullanma) və Anna Skidan (çəkicatma) təmsil ediblər.

NUHÇIXAN Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, qış mövsümünü üçtəkanla tullanma üzrə Avropa çempionu kimi başa vuran atletimiz nüfuzlu “IAAF World Challenge Meetıngs” turnirində 16,44 metr məsafəyə tullanmaqla beşinci yeri tutub. Yarışda çinli idmançı Yaminq Zu qızıl medalın sahibi olub. Amerikalı atlet Donald Skott isə gümüş medala layiq görülüb.

Çəkicatma yarışında isə Azərbaycanın “Tokio 2020” Yay Olimpiya Oyunlarına ilk vəsiqə qazanan atleti Anna Skidan iştirak edib. Atletimiz yarışda 70,59 metr nəticə ilə səkkizinci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: