Buffon “Portu”da Kasilyası əvəz edəcək

A- A A+

“Yuventus” və “Pari Sen-Jermen” (“PSJ”) komandalarının keçmiş qapıçısı Canluici Buffon “Portu”ya keçə bilər.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, Portuqaliya çempionunun xeyrinə seçim etmiş 41 yaşlı futbolçu yeni komandada ispaniyalı qolkiper İker Kasilyası əvəz etməyə hazırdır.

Keçən ay ürəktutma keçirmiş Kasilyas isə karyerasını başa vura bilər.

Buffon iyunun 5-də “PSJ” ilə müqavilənin müddətini uzatmaqdan imtina edərək bu komandadan ayrılıb. İtaliyalı qapıçı Paris komandasının heyətində müxtəlif turnirlərdə 25 matç keçirib və Fransa çempionu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: