“Altibox Norway Chess 2019”: Şəhriyar Məmmədyarov Dinq Liren ilə qarşılaşacaq

A- A A+

Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2019” superturniri davam edir.

NUHÇIXAN xəbər verir ki, turnirin yeddinci turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov çinli Dinq Lirenə uduzub. Növbəti turda Ş.Məmmədyarov ABŞ şahmatçısı Uesli So ilə qarşılaşacaq. Hazırda təmsilçimizin 5, rəqibinin isə 7 xalı var.

Turnirə 11 xalla norveçli dünya çempionu Maqnus Karlsen liderlik edir. Ermənistanlı Levon Aronyan 9, Çin təmsilçiləri Yu Yanqyi 8,5, Din Liren 7,5, fransalı Maksim Vaşe-Laqrav, hindistanlı Vişvanatan Anand 6, amerikalı Fabiano Karuana 5,5, rusiyalı Aleksandr Qrişuk isə 3,5 xal toplayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: