“Real Madrid” klubunun yeni transfer rekordu

A- A A+

“Real Madrid” klubu yay transfer pəncərəsində yeni futbolçuların alınması üçün rekord məbləğdə vəsait xərcləyib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, Madrid təmsilçisi yay transfer pəncərəsində beş futbolçunun alınması üçün 303 milyon avro ödəyib. “Real”ın rəhbərliyi “Çelsi”dən Eden Hazardı (100 milyon avro), “Ayntraxt”dan Luka Yoviçi (60 milyon), “Portu”dan Eder Militaonu (50 milyon), “Olimpik Lyon”dan Ferland Mendini (48 milyon), “Valensiya”dan isə Rodriqonu (45 milyon) heyətinə qatıb.

Bununla da “Real Madrid” on il əvvəlki rekordunu yeniləyib. “Kral klubu” 2009-cu ilin yayında Kriştiano Ronaldo, Kaka, Xabi Alonso və Kərim Benzemanın transferi üçün ümumilikdə 260 milyon avro xərcləmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: