Azərbaycanlı polis baş serjantı erməni rəqibini məğlub edərək pauerliftinq üzrə Avropa çempionu olub

A- A A+

İyunun 7-dən 12-dək Rusiyanın Soçi şəhərində pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub. 

NUHÇIXAN-ın məlumatına görə, milli komandanın tərkibində mütləq çəki dərəcəsində gücünü sınayan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Razim Hüseynov üç hərəkətin cəmində 885 kiloqram ağırlığı qaldıraraq yaxın izləyicisi olan erməni rəqibini məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, R.Hüseynov pauerliftinq üzrə bir dəfə dünya çempionu və dünya ikincisi, üç dəfə Avropa çempionu və səkkizqat Azərbaycan birincisidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: