Şərur rayon Ağır Atletika bölməsində məşqçi və idmançılar üçün seminar olub - FOTOLAR

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada idmanın kütləviliyinə nail olmaq, bodibildinq idman növünə olan marağı daha da gücləndirmək məqsədilə məşqçi və idmançılar üçün seminar keçirilib.

Seminara muxtar respublikanın perspektivli ağır atletləri, məşqçi­müəllimləri qatılıblar. Seminarda Bakı şəhərindən dəvət olunan Zaqafqaziya və Avropa çempionu, Dünya birinciliyinin mükafatçısı, məşhur aktyor-idmançı Arnold Şvartsneqerin kubok verdiyi azərbaycanlı idmançı Vüqar Verdiyev iştirak edib.

Seminarda çıxış edən Gənclər və İdman Nazirliyinin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, məşqçi-müəllim Şəfi Hüseynov keçirilən seminar barədə məlumat veriblər. Qeyd olunub ki, hər il məşqçi və idman müəllimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq seminarlar, təlimlər təşkil olunur.

Qeyd edək ki, ağır atletlərin bilik və savadlarının, həmçinin ixtisasının artırılması istiqamətində planlı şəkildə həyata keçirilən seminarlar Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında nəzəri, Turan Döyüş Klubunda isə praktiki olaraq davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: