İngiltərənin “Mançester Yunayted” digər ingilis klubu “Lester Siti”nin müdafiəçisi Harri Maquayrı transfer etmək niyyətindədir.
NUHÇIXAN “Manchester Evening News” nəşrinə istinadla xəbər verir ki, “qırmızı şeytan”lar futbolçuya görə 101 milyon avrodan keçməyə hazırdır.
Həmçinin qeyd olunur ki, bu transfer reallaşarsa H.Maquayr ən bahalı müdafiəçisi kimi futbol tarixinə düşəcək. Hazırda ən bahalı müdafiəçi “Sauthemton” klubundan “Liverpul”a keçən Virjil van Deykdır (84,5 milyon avro).
Qeyd edək ki, Harri Maquayr 2018-ci ilin axırlarında “Lester Siti” klubu ilə illik 5,3 milyon avroluq yeni müqavilə imzalayıb. O, keçən mövsüm “Lester Siti”nin heyətində 32 dəfə meydana çıxıb və 3 dəfə qolla yadda qalıb. İngiltərə millisinə 2017-ci ildən çağırılan futbolçu 20 dəfə meydana əsas heyətdə çıxıb və 1 qolla meydanı tərk edib.