Peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.

Birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Yeniyetmə və gənclər arasında peyntbol idman növünün təbliği və inkişaf etdirilməsi məqsədi daşıyan birincilikdə 8 komandanın tərkibində 40 idmançı qalib gəlmək üçün mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən birincilikdə komandaların hər bir üzvünə 15 dəqiqə ərzində 50 mərmidən istifadə etmək şansı verilib. Bütün komandaları mübarizədən kənarlaşdıran Şahbuz və Naxçıvan  komandları finalda qarşı-qarşıya gəlib.

Yekunda atışları daha dəqiq yerinə yetirərək  Naxçıvan komandasını məğlub edən Şahbuz rayonunun təmsilciləri yarışın qalibi olublar. Beləlikə həlledici görüşdə məğlub olan Naxçıvan komandası II, Sədərək komandasının peyntbolçuları isə III yerdə qərarlaşıblar.

Sonda ilk üç yerə çıxan komandalara təşkilatçıların diplomları təqdim olunub.

                                                                            Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: