UEFA Çempionlar Liqasının final oyunundan sonra azarkeşləri təxribata çəkmək istəyən 18 nəfər saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukrayna Milli Polisinin Kiyev Baş İdarəsinin rəisi Andrey Krişenko məlumat verib.
Onun sözlərinə görə, oyunu stadiondan 50 min nəfər izləyib və onların stadiona girişi-çıxışı üçün müvafiq şərait yaradılıb.
“Stadiona axın zamanı azarkeşlər arasında iki dəfə qarşıdurma yaransa da, polisin müdaxiləsi ilə insident aradan qaldırılıb”, - deyə A.Krişenko əlavə edib.