Luis Enrike futbol üzrə İspaniya yığmasının baş məşqçisi postunu tərk edir. Bu vəzifəni Enrikenin köməkçisi Robert Moreno tutacaq.
NUHÇIXAN İspaniya KİV-lərinə istinadla xəbər verir ki, Luis Enrike vəzifəsini “ailə vəziyyəti ilə bağlı” tərk edir. KİV-lər, həmçinin bildirir ki, son bir neçə ay ərzində məhz bu vəziyyət ona işi ilə məşğul olmağa maneçilik törədirdi.