İyunun 22-də Misirdə Afrika Kubokuna start verilib.
NUHÇIXAN xəbər verir ki, paytaxt Qahirədə yerləşən beynəlxalq stadionunda baş tutan çempionatın açılış mərasimində Misirin prezidenti Əbdülfəttah əs-Sisi də iştirak edib.
Açılış görüşdə A qrupunda yer alan Misir yığması Zimbabve millisi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi ilə yadda qalan görüş Misir seçməsinin qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi Trezeqe olub.
Qrupun digər oyunu iyulun 22-də Konqo və Uqanda milliləri arasında təşkil olunacaq.
Qeyd edək ki, turnirdə ilk dəfə olaraq 24 komanda iştirak edir.