Futbol üzrə iki dəfə dünya çempionu braziliyalı Kafu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının səfiri seçilib.
NUHÇIXAN xəbər verir ki, 1994-cü və 2002-ci illərdə Futbol üzrə dünya çempionatlarının qalibi olmuş Kafuya rəmzi səfir köynəyinin təqdim edilməsi mərasimi keçmiş futbolçunun doğma şəhəri San-Pauluda keçirilib.
2022-ci ildə keçiriləcək Futbol üzrə dünya çempionatının səfirləri arasında 2010-cu ilin dünya çempionu, iki dəfə Avropa çempionu ispaniyalı Xavi və Kamerun yığmasının keçmiş hücumçusu Samuel Eto’O da var.
Sözügedən dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərində keçiriləcək. Qətər həmin dünya birinciliyinə ev sahibliyi edəcək ölkə kimi 2010-cu ilin dekabr ayında seçilib.