Belarusda keçirilən ikinci Avropa Oyunlarının boks yarışlarında rinqə çıxan təmsilçimiz Lorenzo Sotomayor ermənistanlı rəqibini böyük hesabla məğlubiyyətə uğradıb.
NUHÇIXAN xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan L.Sotomayor onaltıdabir finalda Qurqen Madoyan ilə üz-üzə gəlib. Boksçumuz erməni rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıb – 5:0.
L.Sotomayor səkkizdəbir finalda Maqomed Şaçidov (Almaniya) – Adem Fetahoviç (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə görüşəcək.