İyunun 23-də - II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın üç təmsilçisi mübarizəyə qoşulub.
NUHÇIXAN xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov onaltıdabir finalda monteneqrolu Sedrik Bessini ipponla məğlubiyyətə uğradıb. İdmançımızın səkkizdəbir finaldakı rəqibi 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi italiyalı Fabio Bazile olub. Olimpiya çempionunu məğlub edən Rüstəm Orucov adını dörddəbir finala yazdırıb.
Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Hidayət Heydərov onaltıdabir finalda macarıstanlı Mikloş Unqvaridən üstün olub. Səkkizdəbir finalda israilli Din Yaakov Gemeri mübarizədən kənarlaşdıran idmançımız dörddəbir finala yüksəlib.
Qadınların yarışında isə Nuriyyə Axundova (63 kq) ilk görüşündə rumıniyalı Stefania Adelina Dobreyə məğlub olaraq mübarizəni dayandırıb.