Azərbaycan və İranın uşu üzrə yığma komandaları arasında beynəlxalq turnir keçiriləcək

A- A A+

İyunun 27-28-də Azərbaycan və İranın uşu üzrə yığma komandaları arasında beynəlxalq turnir keçiriləcək.

NUHÇIXAN Azərbaycan Uşu Federasiyasına istinadla xəbər verir ki, turnirdə yeniyetmələr arasında dəfələrlə uşu üzrə Azərbaycan çempionu olan Amin Elili (42 kq) və kişilər arasında 4 qat Avropa çempionu, İslam Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminovla (60 kq) yanaşı, yeniyetmə, gənc və böyüklərdən ibarət 30 yaxın idmançı ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, yarışlarda idmançılarımız bütün yaş və çəki dərəcələrində mübarizə aparacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: