İyunun 25-də ikinci Avropa Oyunlarının sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan pəhləvanı Mahir Əmiraslanov (57 kq) finala yüksəlib.
NUHÇIXAN xəbər verir ki, güləşçilərimiz yarımfinalda Rusiya təmsilçisi Zavur Uquyev ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2. Finalda pəhləvanımızın rəqibi serbiyalı Stevan Misiç olacaq. Final qarşılaşması iyunun 26-da keçiriləcək.
Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gəlib. İdmançımız dörddəbir finalda isə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edib.