İkinci Avropa Oyunlarının badminton yarışlarında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni iyunun 25-də G qrupunda ikinci oyununu keçirib.
NUHÇIXAN xəbər verir ki, təmsilçimiz lüksemburqlu Robert Manna iki setdə qalib gəlib – 21:15, 21:18.
Bu qələbə sayəsində Ezmi Qovimuramadhoni çıxış etdiyi G qrupunda liderliyə yüksəlib. O, sabah keçiriləcək növbəti görüşdə qrupun digər favoriti Vladimir Malkov (Rusiya) ilə üz-üzə gələcək.
Təmsilçimiz qrupda birinci oyunda Rumıniya idmançısı Kollins Valentin Filimona qalib gəlmişdi - 2:1 (21:19, 18:21, 21:10).
Yarışların reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçular səkkizdəbir finala vəsiqə qazanacaqlar.