Gördüyünüz kimi, rəqiblərimə çox çətinliklə qalib gəldim. Hər görüşün öz çətinliyi var. Qismət elə oldu ki, bu gün iki erməniyə qalib gəldim.
NUHÇIXAN xəbər verir ki, bu fikri finala vəsiqə qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında söyləyib.
H.Əliyev daha sonra deyib: “Düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. İndi isə ən vacibi final qarşılaşmasıdır. Finaldakı rəqibim olimpiya çempionu gürcü idmançısıdır. Ona iki-üç dəfə uduzmuşam. Güclü güləşçidir, çalışacağam ki, bu dəfə qalib mən olum.
Bu gün Azərbaycanın Silahlı Qüvvələri günüdür. İki erməni idmançı üzərindəki qələbəmi də hərbçilərimizə həsr edirəm”.