Ronaldo bir həftə ərzində “Real”da qalacağına dair qərar verəcək

A- A A+

“Real Madrid” və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu bir həftə ərzində gələcəyinə dair qərar verəcəyini söyləyib.

NUHÇIXAN “Marca” qəzetinə istinadla xəbər verir ki, futbolçu tezliklə həyatında yenilik etmək fikrində olduğunu deyib.

“Bu cür bəyanatlar vermək üçün ideal vaxt deyil. Mən beş dəfə Çempionlar Liqasını, beş dəfə “Qızıl topu” qazanmışam, fikrimcə, adımı tarixə yaz bilmişəm. Madrid klubunda qalacağıma söz vermirəm. Azarkeşlər hər zaman məni dəstəkləyiblər və onlar hər zaman ürəyimdədirlər”, – deyə Ronaldo söyləyib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-ci ildə 94 milyon avroya “Mançester Yunayted” klubundan transfer olunmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: