Avstraliya İndoneziya ilə 2034-cü ilin futbol üzrə dünya çempionatının keçirilməsi üçün birgə müraciəti müzakirə edib
Avstraliya Futbol Federasiyasının (AFF) nümayəndə heyəti İndoneziya Futbol Assosiasiyasının (İFA) nümayəndələri ilə 2034-cü ilin dünya çempionatının keçirilməsi üçün birgə müraciətin verilməsi imkanlarını müzakirə edib. Bu barədə məlumatı iyunun 27-də ”Reuters” agentliyi yayıb.
AFF-nin bəyanatında deyilir: “Biz təsdiq edirik ki, 2034-cü ilin dünya çempionatına birgə müraciət barədə İFA ilə danışıqlar aparmışıq. Bu məsələni Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası - ACEAN ölkələrinin Futbol Assosiasiyasının ötən həftə Laosda keçirilən görüşündə İndoneziya tərəfi ilə də müzakirə etmişik”.
NUHÇIXAN TASS agentliyinə istinadla bildirir ki, danışıqların nəticələri barədə informasiya hələlik təqdim olunmayıb.
İndoneziyanın da daxil olduğu ACEAN ölkələrinin liderləri daha əvvəl bildiriblər ki, 2014-cü ilin dünya çempionatının keçirilməsinə birgə sifariş hazırlamaq arzusundadırlar.