Azərbaycanın yeniyetmə cüdoçusu Polşada Avropa çempionu olub

A- A A+

Polşada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.

NUHÇIXAN Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirin birinci günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Belə ki, Turan Bayramov (60 kq) Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb. Kamran Süleymanov və Nicat Məmmədli (55 kq) bürünc medallara sahib olublar. Beləliklə, Azərbaycan cüdoçuları Avropa çempionatının birinci günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.

Çempionatda 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır. Azərbaycanı yarışda 10 oğlan və 8 qız cüdoçu təmsil edir. Birinciliyə iyunun 30-da yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: