“Minsk-2019”: Azərbaycan boksçusu bürünc medal qazanıb

A- A A+

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında boks yarışları davam edir.

NUHÇIXAN xəbər verir ki, bu gün “Uruçye Arena”da 1/2 final mərhələsinin döyüşləri keçirilir. Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor növbəti döyüşünə çıxıb. 69 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Böyük Britaniyadan olan boksçu Pat Makkormakla qarşılaşıb. Görüş Böyük Britaniya təmsilçisinin qələbəsi ilə başa çatıb.

Beləliklə, boksçumuz bürünc medalla kifayətlənməli olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: