İyunun 29-da - “Minsk 2019” ikinci Avropa Oyunlarının doqquzuncu günündə idmanın səkkiz növü üzrə yarışlar keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan atletləri dörd növ – yunan-Roma güləşi, boks, karate və bədii gimnastika yarışlarında mübarizəyə qoşulublar.
Yunan-Roma güləşi üzrə pəhləvanlarımızdan İslam Abbasov (87 kq), Orxan Nuriyev (97) və Sabah Şəriəti (130 kq) yarışırlar.
Boks yarışlarındakı təmsilçimiz Loren Alfonso Domingez (81 kq) finalda qızıl medal uğrunda mübarizə aparacaq. O, finalda britaniyalı Bencamin Uittaker ilə qarşılaşacaq.
Bu gün karateçilərimiz “Minsk 2019”da mübarizəyə başlayıblar. Oyunlara 7 nəfərlik heyətlə yollanan millimizin üç üzvü karate yarışlarının birinci günündə mübarizəyə başlayıb. Karateçilərimizdən Roman Heydərov (kata), Asiman Qurbanlı (84 kq) və İrina Zaretska (68 kq) çempion adı uğrunda yarışırlar.
Bədii gimnastika yarışında çoxnövçülük üzrə kişilərin mübarizəsində təsnifat mərhələsində 79,999 xalla final mərhələsinə vəsiqə qazanan İvan Tixonov bu gün medallar uğrunda çıxış edəcək.
Hazırda Azərbaycan millisinin aktivində 3 qızıl, 6 gümüş və 11 bürünc medal var.