Naxçıvan cüdoçularından böyük uğur

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyunun 19-dan 26-a qədər Türkiyənin Rizə şəhərində cüdo üzrə təlim-məşq toplanışda Azərbaycan komandasının tərkibində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının iki idmançısı da iştirak edib. 

Təlim-məşq toplanışı bitdikdən sonra Trabzon şəhərində cüdo üzrə Qara dəniz turniri keçirilib. Turnirdə iştirak edən iki idmançımız uğurlu nəticələrlə adlarını qaliblər sırasına yazdırıblar. Belə ki, Rauf Cabbarov 55, Qalib Qaybalıyev isə 50 kiloqram çəki dərəcəsində gümüş medal qazanıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: