Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Əmrə Belözoğlu karyerasında üçüncü dəfə “Fənərbağça” klubuna transfer olunub.
NUHÇIXAN klubun saytına istinadla xəbər verir ki, İstanbul klubu futbolçu ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, 38 yaşlı yarımmüdafiəçi 2008-2012-ci və 2013-2015-ci illərdə də “Fənərbağça”nın formasını geyinib.