Naxçıvan idmançısı yarışdan medalla qayıdıb 

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyul ayının 1-2-də Tovuz Olimpiya idman Kompleksində “2 İyul-Azərbaycan Polisi Günü”nə həsr olunmuş cüdo üzrə 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında respublika turniri keçirilib. Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Abbas Məmmədov 55 kq çəki dərəcəsində mübarizə aparıb. Naxçıvan idmançısı yarışda III yerin sahibi olub. Cüdoçumuz  qazandığı uğura görə təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: