“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə Albaniyada keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, mayın 10-da paytaxt Tiranadakı Selman Stermasi adına stadionda baş tutacaq matçı islandiyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Torvaldür Arnasondur. Yohann Qunnar Qudmundssonla Andri Vigfusson yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Dördüncü hakim isə Pyotr Qudmundsson olacaq.
Ədalət təmsilçilərinin işinə avstriyalı hakim-inspektor Konrad Plautz qiymət verəcək. UEFA nümayəndəsi isə hollandiyalı Tammo Beishuizendir.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.