“Trabzonspor” avrokuboklardan kənarlaşdırılıb

A- A A+

Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyası Türkiyənin futbol komandası “Trabzonspor”la bağlı qərarını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, qərarda klubun 20 may 2016-ci ildə imzalanmış sazişin şərtlərini yerinə yetirmədiyi vurğulanıb. 

Nəticədə Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyası “Trabzonspor”un 2020/21 və 2021/22 mövsümlərində avrokuboklarda iştirakını dayandırıb.

Qeyd olunub ki, cəzanın qüvvədən düşməsi üçün klub 15 oktyabr 2019-cu ilə qədər borcun restrukturlaşdırılması üzrə yeni milli qaydaların tətbiqini həyata keçirməli, maliyyə monitorinqi ilə yanaşı 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirməlidir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: