“Neapol 2019”: Cüdo yarışlarının üçüncü günündə daha iki idmançımız mübarizəyə başlayıb

A- A A+

İyulun 6-da - XXX Ümumdünya Yay Universiadasının cüdo yarışlarının üçüncü günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub.

NUHÇIXAN xəbər verir ki, İbrahim Əliyev 66 kiloqram, Rüstəm Kotsoyev isə mütləq çəki dərəcələrində yarışlarda iştirak edəcəklər. İ.Əliyev ilk mərhələdə almaniyalı Sebastian Hofaeker, R.Kotsoyev Yaponiya təmsilçisi Kanta Nakano ilə gücünü sınayıblar. R.Kotsoyevin yarışların birinci günündə 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxışı uğursuz alınıb. O, onaltıdabir finalda meksikalı Aleksis De Leonu, səkkizdəbir finalda rumıniyalı Mirçea Kraitoru üstələsə də, dörddəbir finalda Minconq Kimə (Cənubi Koreya) məğlub olub. Təsəlliverici görüşə qatılan cüdoçumuz polşalı Oleksi Lısenkonun da öhdəsindən gələ bilməyib.

Qeyd edək ki, cüdo yarışlarının ikinci günündə milli komandamızın üzvü Hidayət Heydərov (73 kq) gümüş medal qazanıb. Bu, Azərbaycan komandasının universiadada qazandığı yeganə medaldır.

Universiada çərçivəsində keçirilən cüdo yarışları bu gün başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: