Futbol üzrə Türkiyə millisinin müdafiəçisi “Yuventus” klubuna transfer olunub

A- A A+

Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Merih Demiral İtaliyanın “Yuventus” klubuna transfer olunub.

NUHÇIXAN xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı müdafiəçi ilə beş illik müqavilə imzalayıb. “Yuventus” bu transfer üçün M.Demiralın məxsus olduğu “Sassuolo” klubuna 18 milyon avro ödəyib.

Qeyd edək ki, türkiyəli müdafiəçi İtaliya çempionatında keçirdiyi 14 oyunda iki dəfə fərqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: